Biznes analitik (mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis)
 
JOB TITLE: Biznes analitik (mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis)
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: N/A DEADLINE: 2019-12-21

“ABB” ASC İnformasiya Texnologiyaları departamentinə Biznes analitik (mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
 Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
 Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
 Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
 Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
 Biznes prosesin Proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
 Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
 İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.

Vakant vəzifə üzrə tələblər:

 İİqtisadiyyat və ya İnformasiya texnologiyaları sahəsində Ali təhsil;
 Bank məhsulları haqqında biliklər;
 CRM-sistemləri, Bank modulları (Flex cube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
 Texniki tapşırıq (istifadəçi və texniki səfiyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
 Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklər;
 Komputer bilikləri (Microsoft Office);
 Xarici dil bilikləri (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində).

Arzuolunan əlavə biliklər:

 Web servis üzrə biliklər: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayış;
 Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 4 dekabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes analitik” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP