
Şirkət: Industrial Business MMC
Vəzifə: Təchizat üzrə menecer
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Offis 78
Vəzifə təlimatı:
- Sifarişlərin qəbulu, çeşidlənməsi, təhlili, şirkətin təchizat mütəxəssislərinə tapşırılması; - Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması; - Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması; - Tədarükçülərlə müqavilələrin bağlanması; - Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi; - Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması); - Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi; - Malların qeydiyyatının aparılması; - Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması; - ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat proseslərinin təşkil edilməsi.
Tələblər:
- Ali təhsilli - Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti; - Kompyuter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli; - İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; - Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;
Şərtlər:
- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00 - İşə qəbul AR Əmək Məcəlləci əsasında - Mobil rabitə - Əmək haqqı razılaşma əsasında - Müsahibə CV əsasında aparılacaq
Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə menecer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə ang.group@mail.ru e-poçt ünvanına göndərəsiniz. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
|