Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Grow Audit and Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: N/A DEADLINE: 2019-12-21

2011-ci ildə təsis olunan Grow Audit and Consulting MMC şirkəti Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilən audit lisenziyasına əsasən fəaliyyət göstərir.

Grow Audit and Consulting MMC iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, mülkiyyətin istənilən formalı müəssisələrə və təşkilatlara audit xidməti göstərilməsi üzrə ixtisaslaşmışdır.

Grow Audit and Consulting MMC - mühasibat uçotu, vergi münasibətləri və audit sahəsi üzrə istənilən problemli vəziyyəti həll etməyi bacaran ən yüksək bilik və səviyyəli auditor və peşəkar mühasiblərin cəmləşdiyi müəssisədir.

Hüquqşünas

İş barədə məlumat

- Hüquqi şəxsin, filial və nümayəndəliklərin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması və ləğvi üçün lazımi sənədlərin tərtib edilməsi;
- Hüquqi xarakterli sənədlərin hazırlanması;
- Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirilməsi;
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etməsi;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçilməsi və rəy verilməsi;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra edilməsi.
- İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək
- İstirahət günləri şənbə-bazar
- Şəkilsiz CV baxılmayacaq

Namizədə tələblər

- Hüquq sahəsində ali təhsil
- Hüquq sahəsində 3 il iş təcrübəsi
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

E - mail : hr@grow.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP