Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: N/A DEADLINE: 2019-12-21

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır.

“Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Hüquqşünas

Namizədə tələblər

• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: minimum 2-3 il.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
• Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi;
• Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi;
• Razılaşma üçün şöbəyə təqdim olunan əmr/sərəncam, təlimat, əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması;
• Zərurət olduqda şirkəti məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək;
• Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması, onların səlahiyyətli dövlət orqanında qeydiyyatının təmin edilməsi;
• Qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən qanun, normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
• Zəruri hallarda şöbənin fəaliyyəti ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 18:00 dək.
• Əmək haqqı - 1000 AZN.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas ” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP