Marketinq üzrə Menecer
 
JOB TITLE: Marketinq üzrə Menecer
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-21 LAST UPDATED: N/A DEADLINE: 2019-12-21

Marketinq üzrə Menecer

Vəzifə öhdəlikləri:

- Mərkəzin fəaliyyət (tibb) sahəsində marketinq tədqiqatlarının aparılması, istehlakçı ehtiyaclarının araşdırılması;
- Matketinq şöbəsinin işinin planlanması, marketinq strategiyasının müəyyənləşdirilməsi, hədəflərin təyin edilməsi;
- Göstərilən xidmətlərlə bağlı reklam tədbirlərinin aparılması işinin təşkili, xidmətlər, avadanlıqlar, tibbi yeniliklər haqqında təbliğat materiallarının hazırlanması;
- Xidmətlərə olan tələblərin araşdırılması yolu ilə yeni perspektivli seqmentlərin tətbiqi ilə bağlı təklif və tövsiyələrin hazırlanması;
- Eyni sferada fəaliyyət göstərən digər müəssisələrin işini araşdırmaqla, mərkəzin rəqabətə davamlılıq xüsusiyyətləri, üstünlükləri və təkmilləşdirilməyə ehtiyac olan sahələrini müəyyən olunması;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi;
- PR, Reklam və SMM fəaliyyətlərinin təqib olunması;

Digər məsuliyyətlər:

- Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
- Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;

Təhsil:

- Marketinq və ya Menecment sahəsində Ali təhsil, magistr təhsili arzuolunandır;
- Rus dili və İngilis dili yüksək səviyyədə;
- MS Office və CRM proqramları üzrə yüksək bilik;
- Sahə üzrə iş təcrübəsi min. 5 il;

Bilik və bacarıqılar:

- Marketinq araşdırılmasının əsasları, tibbi istehlak bazarı, istehlakçıların ehtiyac və tələblərin müəyyənləşdirilməsi, təhlili sahəsində biliklər;
- Təşkilatçılıq bacarığı;
- İdarəetmə bacarığı;

Müraciət:

E - mail: hr@saglamaile.az ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP