Biznes-analitika və proqnozlaşdırma şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Biznes-analitika və proqnozlaşdırma şöbəsinin mütəxəssisi
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-22 LAST UPDATED: N/A DEADLINE: 2019-12-22



«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır.

Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Biznes-analitika və proqnozlaşdırma şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri

• Cari mükafatlandırma və motivasiya sistemlərində olan əlavə və dəyişikliklərin hazırlanmasında iştirak
• Motivasiya/demotivasiyanın hesablanması (aylıq, rüblük, illik)
• Satış bölmələri üzrə müsabiqələrin hazırlanmasında iştirak
• Şirkət daxili elan olunmuş müsabiqə nəticələrini hesablamaq
• Şirkət daxili statistik məlumatları yığmaq
• Sistemdən məlumat bazasını yükləmək və emal etmək
• Satış bölmələri üçün hesabatlar hazırlamaq
• Şirkət əməkdaşlarının şirkət daxili fərdi identifikasiya kodları üzərində iş
• Yeni layihələrin işlənib hazırlanmasında iştirak
• Sorğuya əsasən statistik məlumatları yığmaq və təhlil etmək
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Namizədə tələblər

• Yaş: 21-32
• Təhsil: Təhsil: Ali (riyazi-texniki istiqamətli )
• Dil bilikləri: Azərbaycan dili (əla) , Rus və İngilis dilləri arzuolunandır
• Kompyuter bilikləri: (MS Office ), əsasən excel biliyinin əla səviyyədə olması

Şəxsi keyfiyyətlər

• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında
• İş yeri :baş ofis

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ”Biznes-analitika və proqnozlaşdırma şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP