Mətn yazarı (Copywriter)
 
JOB TITLE: Mətn yazarı (Copywriter)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-22 LAST UPDATED: N/A DEADLINE: 2019-12-22

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mətn yazarı (Copywriter)

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
• Rus, İngilis dillərindən tərcümə etmə bacarığı;
• Kopirayter vəzifəsi üzrə reklam sahəsində iş təcrübəsi – 2 ildən artıq;
• İnternetdən məlumatı qısa müddət ərzində tapmaq bacarığı;
• Sürtlə yazma bacarığı;
• İşlərdən ibarət Portfolio.

Arzuolunan tələblər:

• Filologiya, jurnalisika və ya marketinq sahəsində təhsil arzuolunandır;
• İşdə özünü təkminləşdirmə istəyi;
• Rus və ya İngilis dillərində mükəmməl bilik;
• Mətnin reklam formasında təqdim etmə bacarığı;
• Analitik düşüncə tərzi.

Əmək funksiyaları

• Müxtəlif formatda reklam mətnlərinin və kontentin yazılması;
• Layihənin mahiyyətini dərindən anlamaq (materialın məqsədi, mesajın məzmunu);
• Mətnin strukturunu yaratmaq;
• Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər düşünmək;
• Məhsulların marketinq cəhətdən təsviri;
• Reklam sloqanları və PR mətnləri yazmaq;
• Məhsul və xidmətlərin tanıtımı üçün paylaşım məktublarını yazmaq;
• Media-plana əsasən sloqanlar və adlar düşünmək, televiziya çarxları üçün ssenarilər yazmaq, maraq kütləsinə əsasən video və audio- reklam üçün ssenarilər yazmaq.

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mətn yazarı (Copywriter)” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP