Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis
 
JOB TITLE: Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-22 LAST UPDATED: N/A DEADLINE: 2019-12-22

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis

"PASHA Bank" ASC Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis vakansiyasını elan edir.

İŞ BARƏDƏ MƏLUMAT:

Əməliyyat və tənzimləyici risklərinin aşkarlanması, qiymətləndirilməsi və monitorinqinə cavabdehlik. Əməliyyat və tənzimləyici risklərin çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bütün səviyyələrdə bank üçün xarakterik əməliyyat və tənzimləyici risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
• Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə əməliyyat və tənzimləyici nöqteyi nəzərdən rəyin verilməsi
• Risk qiymətləndirmə, özünü nəzarət (RCSA) modelinin tətbiqi
• Risk və İnsidentərin idarə edilməsi sisteminin idarə edilməsi
• Bank üzrə əməliyyat itkiləri bazasının toplanması, ssenarilərin analizi və stress testlərin keçirilməsi
• Əməliyyat və tənzimləyici risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
• Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin yazılması, dövri nəzərdən keçirilməsi və yenilənməsi
• Zəruri hesabatlıq və təqdimatların hazırlanması
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Əməliyyat Risklərinin İdarə edilməsi, Audit, Komplayns, Daxili Nəzarət sahələri üzrə minimum 2 il iş təcrübəsi
• Sertifikat: FRM, PRM üzrə sertifikatlı namizədlərə üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.12.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP