Aparıcı mühəndis-smetaçı (tikinti üzrə)
 
JOB TITLE: Aparıcı mühəndis-smetaçı (tikinti üzrə)
EMPLOYER: Unico LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-22 LAST UPDATED: 2019-11-25 DEADLINE: 2019-12-22

Aparıcı mühəndis-smetaçı (tikinti üzrə)

Əsas vəzifə və öhdəliklər:

• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
• Sahələrdən gələn texniki hesabatların yoxlanması;
• Layihə əsasında həcmlərin hesablanması ( ümumi inşaat );
• Dövlət layihələrində tətbiq olunan smetanın hesablama üsüllarının bilikləri;
• Dövlət standartlarına uyğun aylıq Forma-2 və Forma-3 sənədlərinin tərtibi ;

Tələblər:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi;
• Yaş həddi: 25-45 yaş
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Komputer bilikləri: Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə üstünlük verilir) proqramları;
• İşə məhsuliyyətli yanaşmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.

İş haqqında məlumat:

Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki- 5 gün, lazım olsa şənbə günü-qısa gün
Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Smeta mühəndisi” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Zenfira.Bagirova@unico.az elektron ünvanına
göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP