Elektronika və məişət avadanlıqlarının servisi (quraşdırılması və təmiri) üzrə kurs
 
JOB TITLE: Elektronika və məişət avadanlıqlarının servisi (quraşdırılması və təmiri) üzrə kurs
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-22 LAST UPDATED: N/A DEADLINE: 2019-12-22

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən Optimal Akademiya “Elektronika və məişət avadanlıqlarının servisi (quraşdırılması və təmiri)” kurslarına oğlan namizədlərin qəbulu üzrə müsabiqə elan edir:

Tələblər:

- Namizədin minimum orta təhsili olmalıdır;
- Yaş həddi: 18-30
- Səliqəli xarici görünüşə malik olmalıdır;
- Azərbaycan dilində nitqi səlis olmalıdır;
- Hərbi xidməti başa vurmalıdır;
- Öyrənməyə meylli olmalıdır.

* Kursun müddəti:5 ay
* Kurs ödənişsizdir.
* Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar “Optimal Elektronika” MMC-də işlə təmin ediləcək.

Maraqlanan namizədlər CV-lərini mövzu yerində ““Elektronika və məişət avadanlıqlarının servisi (quraşdırılması və təmiri)üzrə kurs” qeyd edərək recruitment@optimal.az ünvanına müraciət edə bilərlər.

Son tarix: 30.11.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP