LAN quraşdırılması üzrə mütəxəssis
 
JOB TITLE: LAN quraşdırılması üzrə mütəxəssis
EMPLOYER: AzEduNet LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-25 LAST UPDATED: N/A DEADLINE: 2019-12-25

Şirkətimiz:

2008-ci ildən bəri Azərbaycan Respublikası Təhsil şəbəkəsinin internet operatoru olan AzEduNet şirkətinin Missiyası təhsil müəssisələrinin unikal şəbəkə və qabaqcıl informasiya-kommunikasiya texnologiyaları vasitəsilə biliklərə effektiv, əlverişli və yüksək keyfiyyətli çıxışını təmin etməkdir.

Siyasətimiz:

• Sahib olduğumuz ISO 20000 standartları qorumaq üçün, standartlarda baş verən dəyişiklikləri izləmək.
• Şirkətin Siyasəti və Məqsədləri barədə işçi heyətini məlumatlandırmaq

Dəyərlərimiz:

• İnsanlarımız-gücümüzdür.
• Biz müasir texnologiyadan səmərəli istifadə etməyə sadiqik.
• Yüksək keyfiyyətli xidmətlər üçün tam məsuliyyət daşıyırıq.
• İnnovasiya və yaradıcılığın sonsuz imkanlarına inanırıq.
• Məqsədimiz müştəri məmnuniyyətidır
• Bizim fəaliyyətimiz şəffafdır və biz yüksək etik dəyərlərə sahibik.

Faydalarımız(Benefits):

• Savadlı,gülərüzlü və mehriban rəhbərlər və əməkdaşlar
• Tibbi sığorta
• Özündə teambuilding,təlim-inkişaf və s. tədbirləri cəmləyən Motivasiya Planı.

Məzunlarımız: Şirkətimizin məzunları Gigamon, Comcast, Yandex, Cisco, Reg.ru, Bently University və digər şirkətlərdə çalışırlar.

Vəzifə: LAN quraşdırılması üzrə mütəxəssis

Tələblər:

• Ali təhsil
• Bu sahədə ən azı 3 il iş təcrübəsi
• Autocard proqramında işləmək bacarığı(ən əsas tələbdir)
• İT və şəbəkə bilikləri
• Diqqətli və məsuliyyətli
• Operativ
• Komanda da işləmə qabilliyyəti

Vəzifə öhdəlikləri:

• Video müşahidə sistemlərin və Lokal şəbəkələrin quraşdırılması üçün smetaların tutulmasi
• Video müşahidə sistemlərin və Lokal şəbəkə avadanlıqların quraşdırılması
• Podradçı şirkət tərəfindən qurulmuş LAN və video sistemlərin yoxlanması , monitorinqi və təhvil alınması (mal-materialın sayı)
• Video MS və LAN şəbəkələrdə olan nasazlıqların aradan qaldırılması

Maraqlanan şəxslər hr@azedunet.az mail adresinə CV göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP