Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Barattson School of Business & Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-25 LAST UPDATED: N/A DEADLINE: 2019-12-25

“Barattson” MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.

Barattson “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Hüquqi şəxsin, filial və nümayəndəliklərin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması və ləğvi üçün lazımi sənədlərin tərtib edilməsi;
• Hüquqi xarakterli sənədlərin hazırlanması;
Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirilməsi;
• Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etməsi;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək
• Şirkətlər Qrupunun maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
• Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli

Əsas tələblər:

• Ali hüquqi təhsil
• Hüquq sahəsində 3 il iş təcrübəsi
• Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
• Dil bilikləri: Azərbayvan dili-səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
• MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı
• Öyrənməyə və özünü inkişaf etdirməyə meyilli olmalı
• Təzyiq altında işləməyi bacarmalı

Əmək haqqı: 600-800 AZN

İş qrafiki: 5 günlük

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Hüquqşünas”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 22 dekabr 2019-cu il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP