Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-25 LAST UPDATED: N/A DEADLINE: 2019-12-25



“Azertexnolayn” MMC-nin Mühasibatlıq şöbəsinə “Mühasib” vakansiyası üzrə əməkdaş axtarışındayıq.

Əsas vəzifə öhdəlikləri:

- Alış sənədlərinin qəbulu, qeydiyyatı və sistemə işlənməsi,
- Təhtəl şəxslərlə hesablaşmaların aparılması,
- Debitor və kreditorlarla üzləşmələrin aparılması,
- Sənədləşmələrin düzgün tərtib edilməsi və arxivlənməsinin həyata keçirilməsi,
- E-taxes.E-gov.az saytlarında, BTP proqramında sərbəst işləmək,
- Elektron alış qaimə fakturaların e-taxes sistemində qəbulu, yoxlanılması və təsdiqi.

Seçim meyarları:

İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
Təhsili/ixtisası: Ali iqtisadi təhsil
Təlim və kurslar: Mühasibatlıq təlimlərinə qatılması əlavə üstünlükdür
Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramı
Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

Struktur: Mühasibatlıq şöbəsi
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Mühasib" başlığı altında hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP