Mühasib köməkçisi
 
JOB TITLE: Mühasib köməkçisi
EMPLOYER: NBA Technologies International LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-25 LAST UPDATED: N/A DEADLINE: 2019-12-25



İş barədə məlumat

• 1C proqramında müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması
• Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi
•Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq
• Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması
• Maliyyə transaksiyaların dəqiqliklə və periodik qeydiyyatına nəzarət;
• 1 C proqramı ilə işləmək bacarığı;
• Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında, xüsusilə, MS EXCEL-də işləmək bacarığı;

Vəzifə təlimatları:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının və digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Dövlət orqanlarına hesabatların hazırlanması (Statistika, DSMF və s.);
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;

Dil bilikləri

Azərbaycan, Rus, İngilis dili

Namizədə tələblər

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

İş qrafiki: 5 günlük, 09:00-18:00

Maraqlananlar CV-lərini mövzu bölməsində “Mühasib köməkçisi” qeyd etməklə sales@nbatech.az ünvanına göndərə bilərsiz bilərsiz

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP