Partnyorlarla iş üzrə mütəxəssis
 
JOB TITLE: Partnyorlarla iş üzrə mütəxəssis
EMPLOYER: Knexel Technologies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-26 LAST UPDATED: N/A DEADLINE: 2019-12-26

Partnyorlarla iş üzrə mütəxəssis

Ümumi vəzifə öhdəlikləri:

• Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
• Partnyorluq danışıqlarının aparılması və xidmətlərin təqdimatı;
• Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
• Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
• Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla); İngilis dili (arzu olunandır)
• MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
• Təcrübə: müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu olaraq “Partnyorlarla iş üzrə mütəxəssis” qeyd edərək careers@knexel.com elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP