Filiallarla iş departamenti, Təhlil və dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis
 
JOB TITLE: Filiallarla iş departamenti, Təhlil və dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-26 LAST UPDATED: 2019-11-26 DEADLINE: 2019-12-26



“Azərbaycan Beynəlxalq Bankı” Filiallarla iş departamenti Təhlil və dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vakansiyalarını açıq elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 MXS-lər üzrə hədəf planların icrası prosesinin təhlili;
 Analitik hesabatların hazırlanması;
 MXS-lərin satış hədəfləri, hesablanmış motivasiya və s müraciətlərin cavablandırılması;
 MXS-in tələb olunan meyar üzrə effektivliyinin hesablanması;
 Analitik təhlil nəticəsində formalaşan məlumatın hesabat formasına salınması

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil(riyazi və ya iqtisadi);
 Minimum 1 il bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
 Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
 Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür)

Bu iş sizə nələri qazandıracaq:

 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına 16.12.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: " Filiallarla iş departamenti Təhlil və dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis ")

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP