Bəyannaməçi
 
JOB TITLE: Bəyannaməçi
EMPLOYER: Abşeron Logistika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-26 LAST UPDATED: N/A DEADLINE: 2019-12-26

“Abşeron Logistika” MMC “Bəyannaməçi (Deklarant)” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda – Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

İşin təsviri:

• Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün və cəld şəkildə tərtibi.
• Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
• Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
• Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənməsi
• Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin rəsmiləşdirilməsi
• Gömrük rüsumlarının əvvəlcədən hesablanması.
• Gömrük İdarələrində müştəriləri təmsil etmək.
• Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
• Müştərilərə Şirkətin göstərdiyi Gömrük xidmətləri haqqında ümumi məlumatların düzgün və vaxtında təqdim edilməsi

Namizədə tələblər

• Ali təhsil
• Kompüterdə sürətli işləmək bacarığı
• MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
• Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinin əla səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması, Incoterms haqqında biliklərin olması
• Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması
• Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
• Xarici dil bilikləri ( Rus və İngilis dili)
• Gömrük təmsilçiliyi və ya Logistika sahəsində 3 ildən çox iş təcrübəsi
• Operativlik, dəqiqlik, məsuliyyət
• Məsuliyyətli, punktual,daim öz üzərində çalışan

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bəyannaməçi (Deklarant)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP