Mühafizəçi
 
JOB TITLE: Mühafizəçi
EMPLOYER: Miniso LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-26 LAST UPDATED: N/A DEADLINE: 2019-12-26

Niyə məhz MİNİSO?

- Hər bir əməkdaşa gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya: Mühafizəçi

Bizim şirkət karyerasını qurmaq istəyən gənclərimiz üçün kifayət qədər aktiv şərait yaradır. Biz öz əməkdaşlarımıza yüksək əmək haqqı, karyera yüksəlişi təklif edirik, pozitiv və şən kollektivdə və kompetent rəhbərliyin əhatəsində işləmək şəraiti yaradırıq .Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Tələblər:

 Yaş həddi : 23-35
• Ali təhsil, Natamam-ali təhsil (kollec)
• Mühafizəçi vəzifəsində iş təcrübəsi arzu olunandır
• Azərbaycan və Rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır
• Hərbi xidməti bitirmiş
• Fiziki cəhətdən sağlam, dözümlü, xoş xarici görünüş sahibi, idman bədən quruluşlu, nəzakətli, diqqətli, çalışqan və məsuliyyətli olmalıdır
• hər hansı bir döyüş sənətinin sahibinə üstünlük veriləcəkdir
• Şirkətin nizam intizam qaydalarına riayət etməlidir.

Əsas vəzifələr:

• Əməkdaşlar tərəfindən daxili nizam-intizam qaydalarına, iş və vəzifə təlimatlarına əməl edilməsinə nəzarət etmək
• Təyin olunmuş müddət ərzində müəssisə ərazisində yoxlama həyata keçirmək
• Mağazanın tam təhlükəsizliyini təmin etməli
• Mağazanın maddi dəyərlərinin qorunmasını təmin etməli
• Qeydə alınan mənfi hallar barədə birbaşa rəhbərliyə məlumat vermək
• Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir
• Yaranan problemlərlə bağlı bilavasitə mağaza direktoruna məruzə edir
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “mühafizəçi” qeyd edərək öz CV-lərinizi hr@miniso.co.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP