İstehlak krediləşməsi üzrə mütəxəssis / Mikro biznes kreditləri üzrə mütəxəssis
 
JOB TITLE: İstehlak krediləşməsi üzrə mütəxəssis / Mikro biznes kreditləri üzrə mütəxəssis
EMPLOYER: TBC Kredit DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-26 LAST UPDATED: N/A DEADLINE: 2019-12-26

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit BOKT İstehlak krediləşməsi üzrə mütəxəssis / Mikro biznes kreditləri üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Tələblər:

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
• Kiçik və orta biznes kreditləşməsi sahəsində ən azı bir il iş təcrübəsi arzuolunandır.
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• İngilis və rus dilindən müəyyən səviyyədə biliklərə malik olma

Öhdəliklər:

• Müştəri cəlb etmə bacarığı
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 30 dekabr 2019-cu il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (İstehlak kreditləşməsi üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP