İnsan resursları şöbəsinin rəhbəri
 
JOB TITLE: İnsan resursları şöbəsinin rəhbəri
EMPLOYER: Retail Group Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-27 LAST UPDATED: N/A DEADLINE: 2019-12-27



Şirkət: Retail Group Azərbaycan

İş yeri: Nargiz Mall Baş Ofis
İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri

Vəzifə: İnsan resursları şöbəsinin rəhbəri

Əmək haqqı: 2000 AZN NET
Tabeçilik: Ölkə üzrə direktor
Qeyd: Tibbi sığorta ilə təminat (rəsmi sınaq müddətindən sonra)

Vəzifə və öhdəliklər:

1. Beynəlxalq şirkətdə İnsan resursları proseslərinin idarə edilməsi;
2. İşə qəbul, xitam, vəzifə dəyişikliyi, təlimlər və s. ibarət olan insan resursları prosedurlarının əhatə edildiyi təşkilati işlərin həyata keçirilməsi;
3. İşə qəbul, təlimlər, əmək haqqı proseslərinin koordinasiyası və idarə edilməsi;
4. İnsan resursları qaydalarının təkmilləşdirilməsi və tətbiq edilməsi;
5. Təsdiq edilmiş qaydalara uyğun olaraq işə qəbul prosesinin həyata keçirilməsi və idarə edilməsi;
6. Şöbə rəhbərlərinə yeni işçilərin qəbulu ilə bağlı müvafiq dəstək və tövsiyyələrin verilməsi;
7. Baş ofisdə vakant vəzifələrlə bağlı müvafiq elanların verilməsi;
8. Müsahibələrin keçirilməsi və lazım olduqda müsahibə mərhələlərində iştirak;
9. Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
10. Xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
11. İşçi heyəti üçün müvafiq təlimlərin təşkil edilməsi, keçirilməsi və keçirilməsinə nəzarət;
12. Günlük, həftəlik, aylıq davamiyyətə nəzarət edilməsi;
13. İşçilərin əmək haqlarının, aylıq bonuslarının hesablanmasına nəzarət edilməsi və bu prosesin təşkili;
14. İnsan resurslarının büdcəsinin idarə edilməsi;
15. Şirkətin beynəlxalq və baş ofisi ilə mütəmadi əlaqələrin qurulması;
16. Baş ofis tərəfindən təşkil edilən İnsan resursları ilə bağlı layihələrdə iştirak etmək;
17. Daxili nizam-intizama nəzarət edilməsi;
18. Administrativ dəstəyin göstərilməsi;
19. Şirkətin beynəlxalq qaydalarının daxili qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
20. İşə qəbul, xitam, vəzifə dəyişikliyi ilə bağlı sənədləşmələrin qanunauyğunluğuna nəzarət edilməsi;
21. Əmək müqavilələrinin bağlanmasına və dəyişdirilməsinə, həmçinin Elektron hökümət portal ilə işə nəzarət edilməsi;

Tələblər:

1. İnsan resursları sahəsində 3-5 il iş təcrübəsi;
2. Yüksək səviyyədə idarəçilik bacarıqları;
3. Yüksək səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri də üstünlük təşkil edir);
4. Ofis proqramlarından əla səviyyədə istifadə etmək bacarıqları;
5. Tələbkarlıq, inandıra bilmək, təqdimat, problemləri həll edə bilmək, məsələlərə kompleks yanaşma bacarıqları.
6. Ali təhsil.

Zəhmət olmasa yalnız göstərilmiş tələblərə cavab verən namizədlər öz CV formalarını (şəkilli, azərbaycan və ya ingilis dillərində) yusif.rasulov@fahretail.com email ünvanına göndərsinlər. Müsahibələrin növbəti mərhələsinə yalnız uyğun və seçilmiş namizədlər dəvət ediləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP