Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Baku Disinfection Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-27 LAST UPDATED: N/A DEADLINE: 2019-12-27

“BAKU DİSİNFECTİON CENTER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Ünvan: Azərbaycan, Bakı, Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri, 2C.

www.baku-dc.az

Baku Disinfection Center Azərbaycanın bir sıra sənaye, kommersiya və məişət obyektlərinin profilaktik dezinfeksiya və təmizlik layihələrini həyata keçirmiş böyük təcrübəyə malik mütəxəssis heyətinə malikdir. Sağlamlıq və təmizlik sektorunun dinamik inkişafını nəzərə alaraq, şirkətimiz göstərilən xidmətlərdə üstünlüyünü saxlamaq üçün müasir texnologiyalardan və preparatlardan istifadəyə xüsusi önəm verməkdədir. Belə yanaşma həm bizim müştərilərimizə, həmdə bizə maksimal fayda verir. Şirkətimizin personalı bazarın tələblərinin dəyişməsinə və müştərilərin yeni istəklərinə operativ reaksiya vermək üçün hər tərəfli təlimatlandırılmışdırlar. İstənilən xidmətdə hazırlıq tədbirlərindən tutmuş işin təhvil verilməsinə qədər ənənəvi olaraq məqsədimiz ilk növbədə keyfiyyət amilinə nəzarət etməkdir.

Nailiyyətlərimiz

Baku Disinfection Center ISO 9001:2015 standartı üzrə sertifikasiyadan uğurla keçmişdir. Bununla belə, şirkətimiz beynəlxalq etibarlılıq ilə keyfiyyət sertifikatının əldə edilməsində biznes üstünlüklərinən istifadə edir.
Əlavə olaraq, ətraf mühitin mühafizəsi, çirklənmənin qarşısının alınması, şirkətin ətraf mühitə təsirlərini nəzarətdə saxlamaq üzrə ISO 14001-in sertifikatına malikdir.
Şirkət iş yerində baş verə biləcək qəzaları, yanğın, peşə xəstəlikləri kimi bütün risk potensiallarını müəyyənləşdirməyə və ilk növbədə bütün mümkün risklərin və qəzaların detallarını təyin etməklə, planlaşdıraraq qarşısını almağa kömək göstərən - ISO 45001:2018 sertifikata nail olmuşdur.
Baku Disinfection Center şirkəti İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-392/2019 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.

Vəzifə: Satış meneceri

Əmək haqqı: Satış dövriyəsinin (xərclər çıxılmadan) 25 faizi

İş barədə məlumat

- Geniş müştəri auditoriyasına və əlaqələrə malik olmaq (xüsusən də ictimai iaşə, ticarət, xidmət sahələri üzrə)
- Müştəri əlaqələrinin idarə olunması;
- Satış prosesinin həyata keçirilməsi;
- Şirkətin göstərdiyi xidmətlərin təqdimatı və çatdırılması
- Potensial müştərilərin tapılması;
- Satışın təlimata uyğun həyata keçirilməsi;

Namizədə tələblər

• Ali və ya orta ixtisas təhsili təhsil
• Cinsi: Kişi, qadın
• Azərbaycan və Rus dili biliyi (ingilis dilini bilənlərə üstünlük veriləcəkdir)
• Müvafiq sahədə ən azı 3 il təcrübə
• Biznes danışıqları aparmaq bacarığı
• Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı;

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV info_bdc@mail.ru elektron ünvana təqdim edə bilərlər. CV-də vəzifə və təxmin edilən satış dövriyyəsinin həcmi barədə məlumat verilməsi xahiş olunur. Satış dövriyyəsi barədə məlumat verilməyən CV-lər qəbul olunmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP