Satınalma əməliyyatları şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
 
JOB TITLE: Satınalma əməliyyatları şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-27 LAST UPDATED: N/A DEADLINE: 2019-12-27

“ABB” ASC Satınalmalar departamentinin Satınalma əməliyyatları şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Satınalma planının hazırlanmasında iştirak etmək və hər ay bu planın yerinə yetirilməsində iştirak etmək;
 Tender və koterovkalarda iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün verilməsinə nəzarət;
 Bildiriş məktubları və müqavilələrin qalib şirkətlərə təhvil verilməsi;
 Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması;
 Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
 Tədarükçülərlə işgüzar əlaqələr qurmaq;
 Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək;
 Aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürülməsi;
 Smetaların hazırlanması.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Satınalmalar üzrə mütəxəssis qismində və ya sahibkarlar şəbəkəsi ilə iş təcrübəsinə malik olmalı;
 Təqdimat bacarığı;
 Layihələrin idarə olunması bacarığı;
 Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
 Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP