Baş Aqronom
 
JOB TITLE: Baş Aqronom
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-27 LAST UPDATED: N/A DEADLINE: 2019-12-27

Vəzifə: Baş Aqronom

İş yeri: Qazax Rayonu

Maaş: Bilik və təcrübədən asılı olaraq yüksək maaş və əlavə olaraq Qazax rayonunda yaşayış yeri ilə təmin ediləcək.

İşin xülasəsi

Baş Aqronom olaraq əkinçiliyin bütün mərhələlərini, o, cümlədən torpağın hazırlanması, əkin, kimyəvi maddələrin tətbiqi, suvarma, gübrə tətbiqi, zərərvericilərlə mübarizə və məhsul yığımını idarə edəcəkdir. Tabeçiliyində olan işçilərin, işlərinin təşkilini və nəzarətini təmin etməlidir.
Baş aqronom vəzifə olaraq şirkətin direktoruna tabe olacaq.

İş vəzifələri

Baş Aqronom aşağıdakı vəzifələri yerinə yetirəcəkdir:

- Bitkiçilik Fermasını (xüsusilə aqronomik məsələləri) və işçi heyətini idarə etmək;
- Uyğun mexaniki avadanlıqların və kənd təsərrüfatı məhsullarının (toxum, gübrələr, kimyəvi maddələr, yanacaq və s.) müəyyən edilməsi;
- Ferma istehsalının və fəaliyyətinin bütün mərhələlərinin, o cümlədən torpağın hazırlanması, əkin, kimyəvi maddələrin tətbiqi, suvarma, gübrə tətbiqi, zərərvericilərlə mübarizə və məhsul yığımının idarə edilməsi;
- Məhsuldarlıq və məhsuldarlığın idarə olunmasını yaxşılaşdırmaq üçün strategiyaların yaradılması;
- Ətraf mühit şəraitini, hava şəraitini, bazar amillərini və bitki becərilməsində önəmli olan digər amillərin daim nəzarətdə saxlanması;
- Məhsul istehsalı, xərcləri və digər əlaqəli məlumatlar haqqında hesabatların hazırlanması, təhlil edilməsi və saxlanması;
- Kartofun məhsuldarlığı barədə proqnozların verilməsi;
- Suvarma sisteminin idarə olunması ;
- Bütün avadanlıq və texnikanın lazımi vəziyyətdə saxlanmasına nəzarət edilməsi;
- İşçi heyəti tərəfindən keyfiyyət və təhlükəsizlik qaydalarına əməl edilməsinin təmin edilməsi.

Tələblər:

- Aqronomiya, kənd təsərrüfatında idarəetmə və ya əlaqəli sahədə ali təhsil (xarici dərəcə və ya təhsil arzuolunandır);
- Oxşar vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
- Kartof becərmə təcrübəsi olan namizədlərə üstünlük verilir (ancaq məcburi deyil);
- İngilis dili biliyi arzuolunandır;
- Kompüter biliyi.

Müraciət qaydası

Tələblərə cavab verən namizədlərdən CV-lərini (Azərbaycan, İngilis və ya Rus dillərində) 15 dekabr 2019-cu il tarixinədək renaismayilova@investel.az elektron poçtuna göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP