Daxili Nəzarət üzrə baş mütəxəssis
 
JOB TITLE: Daxili Nəzarət üzrə baş mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-27 LAST UPDATED: N/A DEADLINE: 2019-12-27

Daxili Nəzarət üzrə baş mütəxəssis

MKT-İK MMC (Pambıq müəssisəsi) Daxili Nəzarət üzrə baş mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

 Regionlarda yerləşən müəssisələrdə daxili nəzarətin həyata keçirilməsi;
 Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
 Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
 Daxili tədqiqatların aparılması: Qanun pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
 Baş verən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər irəli sürülməsi;
 Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
 Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
 Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
 Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir.

Tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
• Rus və ingilis dilləri arzu olunandır.;
• Microsoft Office və digər proqramlar;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Nəzarət üzrə baş mütəxəssis” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP