Kateqoriya meneceri (qeyri qida sahəsi üzrə)
 
JOB TITLE: Kateqoriya meneceri (qeyri qida sahəsi üzrə)
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-28 LAST UPDATED: N/A DEADLINE: 2019-12-28



Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərir.

“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.

Kateqoriya meneceri (qeyri qida sahəsi üzrə)

Tələblər

• Ali təhsilli olmalı;
• Uyğun sahədə bu vəzifə üzrə iş təcrübəsi 1 il (elektronika sahəsində təcrübə arzuolunandır)
• Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili arzu olunandır
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.
• Yaş 25-35

İş haqqında məlumat:

• İradəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək,
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;

İş şəraiti

5 günlük iş həftəsi
Əmək haqqı razılaşma yolu ilə
Nahar Şirkət tərəfindən verilir

Vakansiyaya müraciət üçün CV-ləri “Kateqoriya Meneceri” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP