Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-28 LAST UPDATED: 2019-11-28 DEADLINE: 2019-12-28

“Azərbaycan Beynəlxalq Bankı” ASC Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi (aparıcı mütəxəssisi, baş mütəxəssisi) vəzifəsinə vakansiya elan edir.

Görəcəyiniz işlər:

 Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması işində iştirak etmək;
 Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənəd layihələrinin metodoloji təhlilini aparmaq;
 Mövcud daxili normativ sənədlərin təkmilləşdirilməsi və yenilənməsi istiqamətində təkliflər vermək;
 Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin reyestrini təşkil etmək və aparmaq;
 Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Əsas bacarıqlar:

 Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
 Yüksək təqdimat bacarığı;
 Yazılı və şifahi ünsiyyət bacarığı;
 Kollektivlə aktiv işləmək bacarığı;
 Problemləri həll etmə bacarığı;
 Təşkilatçılıq bacarığı;
 Vaxtın idarə edilməsi.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Biznes prosesləri ilə bağlı daxili təhlil və normayaratma səriştələrinin inkişaf etdirilməsi;
 Adekvat əmək haqqı.

Bizim üçün ideal namizəd:

 İqtisadiyyat, hüquq və ya maliyyə istiqamətləri üzrə ali təhsili olan;
 Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bank-maliyyə sahəsini tənzimləyən normativ xarakterli aktları ilə tanışlıq;
 Bank əməliyyatlarının mahiyyəti, onların aparılması texnikası ilə tanışlıq;
 MS Word, MS Excel, MS PowerPoint proqramlarında yaxşı işləmək bacarığ olanı;
 Azərbaycan dilində səlis yazı və danışıq bacarığı olan (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcəkdir);
 Bank sahəsində ən azı 1 il iş təcrübəsi olan (əməliyyat, əməliyyatlara nəzarət və ya proseslərin idarə edilməsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir).

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 15.12.2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi (aparıcı mütəxəssisi, baş mütəxəssisi)” şəklində göstərilməsi xahiş olunur.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP