Satış Nümayəndəsi (Quba rayonu üzrə)
 
JOB TITLE: Satış Nümayəndəsi (Quba rayonu üzrə)
EMPLOYER: Azerbaijan Poultry Company DUTY STATION: Azərbaycan
PUBLISHED: 2019-11-28 LAST UPDATED: 2019-11-28 DEADLINE: 2019-12-28

Tutduğu vəzifə - Satış Nümayəndəsi (Quba rayonu üzrə)

Kimə hesabat verir - Bölgə müdiri
Bilavasitə tabeçiliyində olanlar - yoxdur

Əsas vəzifələri

• Öncədən müəyyən olunmuş gündəlik marşrut üzrə ticarət nöqtələrini ziyarət edərək sifarişləri toplamaq. marşrut üzrə müəyyən olunmuş bütün ticarət nöqtələrini ziyarət etməlidir.
• Yeni ticarət nöqtələri ilə müqavilə bağlamaq və şirkətə məxsus malların satışı, düzülüşünü, ticarət nöqtəsinin əməkdaşlarının məhsul üzrə biliklərini təmin etmək.
• Verilmiş məhsullar üzrə borcları daim nəzəarətdə saxlamaq. Şirkət tərəfindən müəyyən olunmuş vədələrə uyğun olaraq maddi vəsaitin toplanması və şirkətin kassasına təhvili.
• Hər kvartal ticarət nöqtəsi ilə kvartal üzrə fəaliyyəti tamamlamaq növbəti kvartal üzrə fəaliyyətlərin planlanması.
• Götürdüyü sifarişlərin növbəti gün ekspeditor tərəfindən marketə düzgün və vaxtında çatdırılmasına nəzarət etmək.
• Mövcud çeşidlərin hər ay Ticarət nöqtələri üzrə planlamasını etməli, yeni çeşidlərin müvafiq ticarət nöqtələrində satılmasının təmin etməli.
• Şirkətə keçirilən kampaniyalar haqqında müvafiq məlumatları ticarət nöqtələrinin rəhbər və səlahiyyətli nümayəndələrə çatdırmalı.
• Ona verilmiş satış hədəflərinə çatmaq üçün müvafiq fəaliyyəti təşkil etmək.
• Bazardakı rəqib məhsulların və şirkət məhsulların rəf qiymətlərinə daim nəzarət etmək və ayda iki dəfə müdirinə yazılı məlumat vermək.
•  Bazardakı rəqib məhsulların və şirkət məhsulların kampaniyası fəaliyyətinə daim nəzarət etmək və ayda iki dəfə müdirinə yazılı məlumat vermək.
• Müştərilərlə daim xoş ünsiyyət saxlayır və şirkətin keyfiyyət standartları haqqında məlumat verir.
• Ona verilən  elektron cihazları lazımi qaydada istismar edir.
• Müştərilərə şirkətin endirim və ödəniş standartları haqqında dürüst məlumat verir.
• Sifariş və real satış haqqında məlumatları gündəlik olaraq iş lövhəsinə işləməli.
• İş lövhəsində lazımi bütün məlumatları əks etdirir.
• Birbaşa tabe olduğu müdiri tərəfindən tapşırıqların icrası;
• Satış nümayəndəsi şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etməli və maksimum dərəcədə məsuliyyətli olmalıdır
• Birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verməlidir
• Satış nümayəndələri satış nöqtəsinin anbardakı şirkətin məhsullarının varlığına nəzarət etməlidir .
• İşin başlanmasına ən azı on beş dəqiqə qalmış satış nöqtəsində olmalıdır. İstirahət (çay, yemək) vaxtı istisna olmaqla marşrut xəttini tərk etməməlidir.
•  Ziyarət etdiyi ticarət nöqtələrində malları vitrin və ya rəflərə düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır.
• Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir
• Satış apararkən daim düzülüşü yeniləməlidir.

Vəzifəyə olan tələblər

• Orta və ya ali təhsil;
• Yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti,
• Ünsiyyət qurma bacarığı,
• Problemləri həll etmə bacarığı,
• Ms Office proqramında işləyə bilmək bacarığı

Müraciət etmək istəyənlərdən məktubun mövzu hissəsində Satış Nümayəndəsi (Quba rayonu üzrə) qeyd etməklə CV-i hr@apc.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP