Xadimə (Qəbələ)
 
JOB TITLE: Xadimə (Qəbələ)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-28 LAST UPDATED: N/A DEADLINE: 2019-12-28

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Xadimə (Qəbələ)

Tələblər:

• İş təcrübəsi – 2 ildən;
• Təmizkarlılıq, səliqəlilik;
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı;
• Punktual, işinə məsuliyyətli, diqqətli.

Vəzifələr:

• Ərazinin, zalın, ofisin, mətbəxin və s. təmizlənməsi;
• Mağaza daxili gündəlik təmizlik işləri aparmaq;
• Mağaza direktorunun tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun sənədləşmə;
• İş qrafiki: 6 gün iş, 1 gün istirahət.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində "Xadimə (Qəbələ)" yazaraq hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP