Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-29 LAST UPDATED: N/A DEADLINE: 2019-12-29

Artıq 22 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.

Satış meneceri

 Satış meneceri avadanlıq və sərf materiallarının satışı ilə məşğul olur
 Potensial yeni müştərilərin cəlb olunması üçün axtarışlar aparır
 Müştərilərdən daxil olan sorğuların operativ təmin olunmasını həyata keçirir
 Satışın aylıq və illik planını tərtib edir və planı icra edir
 İş qrafiki: I- V günlər saat 09:00-18:00, şənbə günü saat 09:00-14:00

Minimum bilik, səriştə və keyfiyyətlər

 Kommersiya və ya texniki sahədə ali təhsil
 Satış sahəsində iş təcrübəsi
 Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
 Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik

Üstünlük verilən meyarlar

 Dilerlərlə iş sahəsində təcrübə və biliklər
 Komandada işləmək bacarığı
 İngilis və ya rus dilində ünsiyyət bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “Satış meneceri” qeydi edərək hr@halal.az elektron ünvanına göndərməyi xahiş edirik.

Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP