Şirkətin İnfrastrukturunun idarə edilməsi üzrə (Facility) Administrator
 
JOB TITLE: Şirkətin İnfrastrukturunun idarə edilməsi üzrə (Facility) Administrator
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-29 LAST UPDATED: N/A DEADLINE: 2019-12-29

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 70-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks şirkətinə Şirkətin İnfrastrukturunun idarə edilməsi üzrə (Facility) Administrator tələb olunur.

İşin məqsədi:

• Şirkətin İnfrastrukturunun idarə edilməsi şöbəsinə aid olan administrativ işlərin təşkil olunaraq yerinə yetirilməsi.

Vəzifə və öhdəliklər:

• Mağazalardakı problemlərlə əlaqədar daimi ustalarla əlaqə saxlamaq
• Checking List-ə yeni qeyd edilmiş problemlərə nəzarət etmək
• Edilmiş sifarişlərlə maraqlanmaq, yeni sifarişlər vermək və alınan sifarişlərin bazaya əlavə edilməsini, həmçinin mağazalara çatdırılmasını təmin etmək
• Gündəlik ödənişləri yoxlamaq və edilməli olacaq ödənişləri həyata keçirmək
• Kommunal ödənişlərin vaxtında ödənilməsini təmin etmək
• Servis şirkətlər tərəfindən görüləcək işləri aidiyyatı olaraq məlumat vermək və işlərlə əlaqədar qiymət təkliflərini razılaşdırmaq
• Problemlərin həll edilməsi ilə bağlı partnyor şirkətlərlə əlaqədə olmaq və olarla görüləcək işlərin tarixlərini planlamaq
• Rüblük hesabatlarının hazırlanması

Namizədə olan tələblər:

İxtisas / Təhsil:

• Texniki sahə üzrə Ali təhsil

Təcrübə:

• Müvafiq sahə üzrə və qeyd olunan işlərin aparılmasında təcrübəyə malik olmalı

Bilik:

• Mexaniki biliklərə malik olmaq
• Sənədləşmə işlərindən anlayışlı olmaq

İş qabiliyyəti:

• Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək (Rus dili arzuolunandır)
• MS Office proqramları
• İşləri planlama bacarığı
• Problemlər ətrafında düşünməli və həlli ilə bağlı təkliflər irəli sürmək bacarığı
• Təzyiq altında və gərgin iş şəraitində işləmə bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şirkətin İnfrastrukturunun idarə edilməsi üzrə (Facility) Administrator” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP