Sex Rəisi
 
JOB TITLE: Sex Rəisi
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-02 LAST UPDATED: N/A DEADLINE: 2020-01-01

Şirkət: “A+CO” MMC

Vəzifə: Sex Rəisi

İş qrafiki: 6 gün ( Şənbə günü qısa iş günü)
Əmək haqqı: 1000-1500 AZN

Vəzifə tələbləri:

1. Sex rəisi vəzifəsinə ali ( iqtisadiyyat üzrə) və ali peşə (texniki) təhsili olan və minimum 3 il, spirtli və spirtsiz içklərin istehsalı üzrə iş təcrübəsi olan şəxs təyin olunur.
2. Sex rəisi aşağıdakıları bilməlidir:
• AR üzrə qüvvədə olan qanunları, əmək məcəlləsini, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə aid normativ-hüquqi sənədləri, iş təlimatlarını və avadanlığın istismarına dair sənədləri;
• spirtli və spirtsiz içklərin istehsalı texnologiyasını, operativ-istehsalat idarəçiliyi sistemlərini, istehsalın planlaşdırlmasını, fəaliyyət üzrə uçot və analiz aparma metodlarını;
• KMS üzrə standartları, öz vəzifələrinin icrasına aid hissədə Müəssisə üzrə verilən əmr və sərəncamları, yuxarı orqanların qərar və sərəncamlarını, metodiki, normativ və digər rəhbər tutulan sənədləri;
• Dövlət sanitariya və epidemiologiya nəzarəti idarələri tərəfindən müəyyən olunmuş qaydaları;
• Dövlət texniki nəzarət, Dövlət enerjiyə nəzarət və avadalıqların texniki qulluğu, mexaniki xidmətlərinə dair metodaları;
• Komputer, komunikasiya və rabitə vasitələrini;
• Orta səviyyədə Rus və İngilis dillərini;
• Bu vəzifə təlimatını və ona təhkim olunmuş personalın vəzifə təlimatını;

Ümümi Tələblər:

1. İdarəetmə qabiliyyətinin olması,
2. Məsuliyyətli və komanda ilə işləmək bacarığı,
3. Disiplin və planlı işləmək bacarığı.

Vəzifə Öhdəlikləri:

İstehsalat planına əsasən sahədə

-istehlak tarasında buraxılan məhslun istehsalına dair texnaloji proseslərin aparlması və nəzarəti

-istehsal sahəsinin vaxtında istismara hazırlanması

- Texnoloji cihazların və avadanlıqların saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət

Tələbə əsasən

- xammal və materialın gündəlik təmin edilməsi

-istehsal zamanı keyfiyyətinə nəzarət edilməsi

- minimal itki normalarına riayət edilməsi

Verilmiş həftəlik planlı tapşırıqlara əsasən spesifikasiyalara və normativ sənədlərə müvafiq məhsul istehsal planının icrası
Əlavə köməkçi materialların ( Aksiz kimi satınalma tərəfindən sifarişi formalaşmayan) sifarişini həyata keçirmək, hesabatının aparılması, adiyyatı bölmələrə təqdim edilməsi

İstehsal proseslərinin qeydiyyatının elektron proqrama daxil edilməsi və anbar qalıqlarına nəzarət.
Sahənin xammal və hazır məhsul sayımlarını həyata keçirmək və hesabatını hazırlayaraq Maliyyə dep. təqdim etmək
Sahə üzrə inventarizattsiya prosesində iştirak etmək və hesabatların hazırlanması, təqdimatı
Məhsullar üzrə MD formaşaldırılması prosesində iştirak etmək və təsdiqləmək.
İstehsal prosesi üzrə lazimi resursaların təhlili, təkliflərin hazırlanması və təminatı
Zərər görə biləcək və ya görmüş inventar, mal-materiallar haqqında vaxtında məlumat verilməsi
Sahə üzrə xərclərin aylıq hazırlanması və illik büccənin hazırlanması üzrə təqdimatın təqdim edilməsi
Sahə üzrə normativ sənədlərin hazırlanması və təsdiqi
İstehsal hesabatlarının hazırlanması:

- Həftəlik sahə üzrə dayanmalar, itkilər
- Aylıq sahənin ümumi hesabatı

Planlı tapşırıqların icrası ( testlər, yeni məhsul istehsalı lahiyələri və s.)

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Sahə rəisi” vəzifəsini qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP