Fotoqraf
 
JOB TITLE: Fotoqraf
EMPLOYER: ATL Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-02 LAST UPDATED: N/A DEADLINE: 2020-01-01

ATL Konsaltinq 2011-ci ildə təsis edilmişdir və əsas fokus dairəsi marketinqdir. ATL Konsaltinq, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ATL Qrup portfoliosuna daxil olan şirkətlərə və müştərilərə 360 dərəcə marketinq üzrə konsaltinq xidmətləri göstərir.

Hal-hazırda komandamız öz sıralarına “Fotoqraf” axtarışındadır.

Vəzifə Öhdəlikləri:

 Məhsulların real detallarını özündə əks etdirən yüksək keyfiyyətli foto şəkillər çəkmək;
 Fotolar üzərində retuşların edilməsi;
 Qısa (30 san - 3 dəq) korporativ video çəkilişlər;
 Çəkilişə hazırlıq prosessinin təşkil olunması
 Verilmiş ideyalara əsasən konseptin, səhnə dizaynının və işıqların qurulması
 Tapşırıqların sərbəst, lazım gəldikdə isə komanda ilə birgə icra olunması

Namizədə olan Tələblər:

 Fotoçəkiliş üçün lazım olan fundamental qurğu və avadanlıqlara malik olmaq;
 Marketinq kampaniyaları, sosial media, vebsayt, kataloq və print materialları üçün foto və video çəkilişlər etmək bacarığı;
 Qida, portret, reklam, korporativ üslublarının ən az ikisində təcrübə;
 Öhdəliyində olan layihəni başdan sonadək sərbəst həyata keçirə bilmək qabiliyyəti;
 Kreativ və yaradıcı yanaşma, yeni trendləri izlənməsi və tətbiqi;
 Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;

Vakansiya freelance deyil, part-time olaraq, namizədlə razılaşdırılmış günlər ərzində (həftə içi 3-4 gün olmaqla) ofisdə olacaqdır.

Korperativ mühit axtarışında olan, komanda ilə işləməkdən zövq alan namizədlərin, əmək haqqı gözləntiləri ilə birgə portfolio da daxil olmaqla resumelərini “Fotoqraf” başlığı ilə Applicants@atlconsulting.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP