Uçotçu ( Kürdəmir, Şəki, Xaçmaz )
 
JOB TITLE: Uçotçu ( Kürdəmir, Şəki, Xaçmaz )
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-02 LAST UPDATED: 2019-12-03 DEADLINE: 2020-01-01



1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 23 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: Uçotçu ( Kürdəmir, Şəki, Xaçmaz )

İş qrafiki :  6 günlük / saat 10:00 – 19:00

Işin təsviri :

• Mühasibat uçotunun aparılması və mağaza statistik və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək
• Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq
• Zəruri hallarda mağazanın satış prosesində iştirak etmək
• Anbara daxil olmuş malların düzgün və vaxtında qəbul edilməsinə nəzarət etmək
• Mağaza büdcəsinin tərtibində iştirak etmək. Mağaza büdcəsinin xərclər hissəsini optimallaşdırmaq və nəzarət etmək
• Mal gətirənlərlə hesabat aparmaq
• İnventarlaşmada iştirak etmək
• Mağazanın sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibi və göndərilməsi
• Şirkətin korporativ e-mail ünvanını mütəmadı olaraq yoxlamaq və gələn e-mailları gün ərzində cavablandırmaq
• Mağazada işçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq.
• Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.

Tələblər :

• Ali təhsil
• Ən azı 1 il iş təcrübəsi
• MS Office, 1C biliyi
• Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
• Ünsiyyət qurma bacarığı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Uçotçu” və bölgəni qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP