Rəqəmsal bankçılıq şöbəsi / Analitik
 
JOB TITLE: Rəqəmsal bankçılıq şöbəsi / Analitik
EMPLOYER: Express Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-02 LAST UPDATED: N/A DEADLINE: 2020-01-01



Vəzifə: Rəqəmsal bankçılıq şöbəsi / Analitik

Vəzifə öhdəlikləri:

• Biznes proseslər üzrə xəritənin və blok-sxemlərin hazırlanması;
• Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
• Biznes proseslərin daimi təkmilləşdirilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
• Proseslər üzrə daxili nəzarət sistemlərinin inkişaf etdirilməsi;
• Bankın mobil bankinq layihəsində sistemə aid tələblərin formalaşmasında müvafiq departamenti, eləcə də programçılar ilə birlikdə iştirak və nəzarət;
• Biznes proseslərinin və alqoritmlərin rəsmiləşdirilməsi;
• Sistemə aid funksional və texniki tələblərin yazılması, programçılar üçün hədəflərin qoyulması;
• Programçılar komandası və biznes komandası arasında koordinasiya və informasiya dəstəyi;
• Sistem təminatının testləşdirilməsi və qəbulu;
• Sistem təminatı üzrə təlimatın hazırlanması;

Tələblər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı (İngilis dili arzuolunandır);

 E - mail : cv@expressbank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP