Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-02 LAST UPDATED: N/A DEADLINE: 2020-01-01



“Kaspi” Təhsil Şirkəti  vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Hüquqi şəxsin, filial və nümayəndəliklərinin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması və ləğvi üçün lazımi sənədləri tərtib etmək;
• Hüquqi məsələlərin həlli ilə bağlı Şirkətin struktur vahidlərinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;
• Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur vahidlərini birbaşa məlumatlandırmaq;
• Şirkətin ümumi fəaliyyətində hüquqi müstəvidə yarana biləcək risklərin idarə edilməsini təmin etmək;
• Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədləri hazırlamaq, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
• Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar hüquqi rəylər vermək;
• Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabları hazırlamaq;
• Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Hüquqi xarakterli digər sənədləri hazırlamaq;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək;

Vakansiya tələbləri:

• Ali hüquqi təhsil;
• Hüquq sahəsində 3 ildən çox iş təcrübəsi;
• Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki-prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və vergi qanunvericiliyini yüksək səviyyədə bilmək;
• Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmaq;
• Analitik düşünmə qabiliyyəti, ünsiyyət və təqdimetmə bacarıqları;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Məsuliyyətli və dürüst yanaşmaya malik olmaq;
• Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür;
• MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı.

İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş ofisi (Ünvan: Bakı ş., Xocalı pr. 86)
Elan tarixi: 02.12.2019
Son müraciət tarixi: 22.12.2019

Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP