
AS PROF Logistics
Vəzifə: Mühasib
Vəzifə öhdəlikləri:
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirir. • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir • Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onların hesabatını emala hazırlayır. • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini və digər ödənişləri həyata keçirir.
Tələblər:
• Müvafiq sahə üzrə ali təhsil • Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi; • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi • Kompyuter biliyi MS Word, Excel, 1С 8.3, • Rus dili biliyi
5 günlük iş həftəsi Əmək Haqqı: 500 AZN- 600AZN
Vakansiya ilə maraqlanan namizədlər CV-ni cv@asprof.az elektron ünvanına, müraciət olunan vəzifənin adını (Mühasib) qeyd etməklə göndərə bilərlər.
|