
“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Şirkətə yeni bank müştərilərinin cəlb olunmasını təmin etmək; • Banklarla görüşlər keçirmək; • İT platformanın banklarda təqdimatını etmək; • Müqavilələri müştərilərə çatdırmaq; • Mövcud bank müştəriləri ilə əlaqələri genişləndirmək; • Cari portfel üzrə həftəlik və aylıq hesabatları hazırlamaq; • Müştərilərin problemlərini operativ şəkildə aradan qaldırmaq; • Şirkətə aid müqavilə nüsxələrini banklardan yığmaq; • Bank vasitəsilə sığorta bazarının təhlilini aparmaq; • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil; • Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı; • Sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə); • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).
CV-lərinizi, mövzu hissəsində “Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@xalqhayat.az e-mail ünvanına göndərə bilərsiniz.
|