
“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Mövcud fərdi müştərilərlə əlaqələri genişləndirmək; • Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək; • Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək; • Debitorlarla işə və onların ödənişinə nəzarət etmək; • Fərdi satışların həcminin artırılması üzrə işləri təşkil etmək; • Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq; • Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq; • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil; • Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı; • Sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə); • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).
CV-lərinizi, mövzu hissəsində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@xalqhayat.az e-mail ünvanına göndərə bilərsiniz.
|