Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: TEAS Press Nəşriyyat Evi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-19 LAST UPDATED: N/A DEADLINE: 2020-01-18

İşəgötürən: TEAS Press Nəşriyyat Evi MMC

İşin adı: Mühasib

Son müraciət tarixi: 30 dekabr 2019-cu il

Tələb olunan keyfiyyətlər:

- Mühasib kimi ən azı 3 il iş təcrübəsi MÜTLƏQ olmalıdır.
- Maliyyə hesabatı da daxil olmaqla iş sahəsi ilə bağlı müxtəlif səpgili yazılı hesabatlar hazırlamaq bacarığı.
- Şifahi və yazılı ünsiyyət qurmaq və İT bacarığı.
- Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.
- Mükəmməl Azərbaycan və yaxşı ingilis dili.

İşin funksiyaları:

- Təsərrüfat subyektinin maliyyə ehtiyaclarını müəyyən etmək;
- Mühasibatlığa dair bütün müvafiq sənədləri dəqiq və düzgün doldurmaq, əməliyyatların uçotunun düzgün aparılmasına nəzarət etmək;
- Aparılan əməliyyatların müqavilə şərtlərinin uyğunluğuna nəzarət etmək və onların qanuniliyinə əmin olmaq;
- MMC-nin mövcud maliyyə durumuna dair məlumatları toplamaq; balans hesabatı, gəlir və zərər bəyannaməsi və digər hesabatları hazırlamaq;
- Prosedur və razılaşdırılmış vaxt çərçivəsinə əsasən bütün ödəniş tapşırıqlarını (hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini) hazırlamaq və icra etmək;Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;

- Aylıq, rüblük, illik bəyənnamə və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluqvə s.) hazırlamaq; 
- İcraya qəbul olunmuş nağdsız və nagd pul əməliyyatları üzrə sənədlərə nəzarət etmək;
- Növbəliliyə riayət olunmaqla ödəniş sənədlərinin icrasına nəzarət etmək;
- Gündəlik gəlir və xərclərə dair ödəniş tapşırıqlarının prosedura uyğun yerinə yetirilməsini təmin etmək, büdcənin icrasına nəzarət etmək;
- Əməliyyatların balans proqramında düzgün əks etdirilməsinə əmin olmaq;
- Balans və balansdan kənar hesablar üzrə analitik uçot aparmaq;
- Qəbul olunmuş formaya əsasən gün ərzində keçən əməliyyat və dövriyyələri təsdiq etmək;
- Mühasibat uçotu məlumatlarını (şəxsi hesabdan çıxarış, dövriyyə-qalıq cədvəli, balans) tutuşduraraq yoxlamaq;
- Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq; 
- İşçilər arasında təhvil-təslim işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək;
- Şirkətə daxil olan və gedən mal, material, xammalı yoxlayıb Muhasibat proqramına daxil etmək;
- Şirkətin maliyyə vəziyyəti barədə aylıq hesabat hazırlamaq;
- Nağd pulu mütəmadi olaraq hesablamaq və qeydə almaq, kassada müvafiq məbləğin olmasını təmin etmək;
- Sənədləri düzgün və vaxtında arxivləşdirmək, saxlanma müddəti bitmiş sənədləri məhv etmək;
- Tabeçiliyində olan işçilərin işlərinə nəzarət, cavabdehlik və s.

MÜRACİƏT QAYDALARI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu info@teaspress.az elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

Ərizələrin son qəbulu tarixi 30 dekabr 2019-cu ildir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP