SMM/SEM mütəxəssis
 
JOB TITLE: SMM/SEM mütəxəssis
EMPLOYER: Benzeine LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-19 LAST UPDATED: N/A DEADLINE: 2020-01-18



SMM/SEM mütəxəssis – benzeine MMC

Şirkət haqqında

benzeine MMC şirkəti 2017-ci ildə təsis edilib. Biz mobil və veb tətbiqlərin işlənib-hazırlanması ilə məşğul oluruq. Rəqəmsal marketinqin idarəolunmasında Facebook Business Manager, Instagram, Google Ads, Google Analytics, YouTube Analytics, Yandex.Metrica, LinkedIn, Twitter kimi platformalardan istifadə edirik.

Məhsullarımız haqqında

Hal-hazırda biz öz məhsullarımız olan morooq (IELTS standartlarına uyğun ingilis dili biliklərinin qiymətləndirilməsi üçün imtahan platforması) və SchoolMan (tədris müəssisəsi idarəetmə sistemi) üzərində işləyirik və beynəlxalq bazara çıxmağa hazırlaşırıq.

Biz axtarırıq: SMM/SEM mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

 Sosial şəbəkələrdə icmaların və qrupların yaradılması, idarəolunması və inkişafı;
 Reklam kampaniyalarının həyata keçirilməsi, sosial şəbəkələrdə təqdimat materiallarının hazırlanması və paylaşımı;
 Qruplar və icmalarda məzmunun (mətnləri, fotoşəkilləri, videoları, audio) paylaşımı;
 Qruplar və icmalarda müsabiqələrin, anketlərin, kampaniyaların təşkili və keçirilməsi;
 Hədəf auditoriyanın cəlb olunması, ziyarətçilərin, abonentlərin, qrup üzvlərinin sayının artırılması;
 Səhifələrin baxışlarının monitorinqi, sualların cavablandırılması;
 SMM-kampaniyalarının və reklam kampaniyalarının səmərəliliyinin təhlili;
 Rəqiblərin SMM fəaliyyətinin təhlili və analitik hesabatların hazırlanması.

Tələblərimiz:

 Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə danışma, yazma və redaktə etmə bacarığı
 Sosial şəbəkələrdən (Facebook, Instagram, LinkedIn, Twitter, VK) geniş şəkildə istifadə təcrübəsi
 Analitik alətlərdən (Facebook Business Manager, Google Analytics, YouTube Analytics, Yandex.Metrica) istifadə bilikləri
 Reklam platformaları ilə (Google Ads, Yandex.Direct) iş təcrübəsi
 Qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi

Təklifimiz:

 Çevik iş qrafiki
 Mehriban komanda
 Şəxsi inkişafa dəstək
 Peşəkar və karyera inkişafı perspektivi
 Şəhərin mərkəzində ofis (Elmlər m/s çıxışında, BDU ilə üzbəüz)
 Əmək haqqı (başlanğıc): 400 – 500 manat

Namizədlərdən CV formaların vacancy@benzeine.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “SMM/SEM mütəxəssis ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP