Logistika üzrə mütəxəssis
 
JOB TITLE: Logistika üzrə mütəxəssis
EMPLOYER: Vugma Qida Məhsulları DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-20 LAST UPDATED: N/A DEADLINE: 2020-01-19

Şirkət: “Vugma Qida Məhsulları” MMC

İş yeri: Xətai
Vəzifə: Logistika üzrə mütəxəssis
Əmək haqqı: Müsahibə yolu ilə
Yaş həddi: 25-35

İşin təsviri:

 Şirkətin satınalma, logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili;
 Loqistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsi və analiz edilməsi;
 Məhsulların xaricdən sifarişinin təşkili, nəqliyyatın idarə olunması, anbara məhsulun çatdırılması;
 İdxal bəyannamələrinin işlənilməsi;
 Çatdırılma sifarişinin emal edilməsi və daxil olan/çıxarılan mal üçün qaimənin verilməsi prosesinin idarə olunması;
 Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili, bazar araşdırılması;
 Malların müqavilələrdə nəzərdə tutulmuş vaxtda təsliminin təşkil edilməsi;
 Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqlar alaraq düzgün və zamanında yerinə yetirməsi.

Tələblər:

 Ali təhsil
 Logistika sahəsində minimum 3 il iş təcrübəsi
 Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point)
 İngilis dilini yüksək , Rus dilini yaxşı səviyyədə bilmək;
 Analitik təfəkkür
 İnkişafa meyillilik

İş qrafiki:

- Həftə içi 5 gün saat 09:00 -18:00 , şənbə günü 09:00-13:00

Maraqlanan namizədlər mövzu yerində “Logistika üzrə mütəxəssis” yazmaqla öz CV-lərini kamala.samadova@vugma.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP