 Vakansiya: Baş mühasib (Sumqayıt)
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: Razılaşma əsasında
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
- Ali təhsili olan xanım namizəd tələb olunur - ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 3 il iş təcrübəsi - Vergi Məcəlləsini, Mühasibat uçotu üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək; - ƏDV, DSMF, Ödəmə Mənbəyindən tutulan Vergi, Mənfəət Vergisi, Əmlak Vergisi, Torpaq Vergisi bəyannamələrinin tərtib və təqdim edilməsi. - Statistika hesabatlarının verilməsi - Firmanın debit-kredit analizinin aparılması - Vergidən daxil olan məktubların cavablandırılması - Digər mühasiblərin işinə nəzarət etmək - Mühasibatlığın digər sahələri üzrə (əmək haqqı, ezamiyyə və sosial ödənişlərin hesablanması, mal-material uçotu, bank əməliyyatları, gömrük əməliyyatları və s.) mükəmməl biliklərə malik olmaq - Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək - Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook)
İş haqqında məlumat:
- İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir - İş saatı 09:00-18:00. - İstirahət günü - Şənbə və Bazar günləri. - Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur. - Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə vasitələri: CV-nizi movzu hissəsində “Baş mühasib” qeyd edərək info@qartal.az email ünvanına göndərin. Telefon: (018)657-13-36
|