Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis
 
JOB TITLE: Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-21 LAST UPDATED: N/A DEADLINE: 2020-01-20

Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamenti Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 MXS-də göstərilən xidmət səviyyəsinin məsafədən və yerində müəyyən olunmuş meyarlarla ölçülməsi və qiymətləndirilməsi;
 MXS-də aparılan monitorinq və qiymətləndirmələrə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
 MXS ilə bağlı daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
 İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
 MXS-in iş şəraitinin qiymətləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi;
 MXS əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınamsı və araşdırılması

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil(riyazi və ya iqtisadi);
 Minimum 1 il bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
 Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
 Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür)

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Yanvar 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “ Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP