Hüquqi təminat şöbəsinin müdiri
 
JOB TITLE: Hüquqi təminat şöbəsinin müdiri
EMPLOYER: AIR Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-24 LAST UPDATED: N/A DEADLINE: 2020-01-23



Hüquqi təminat şöbəsinin müdiri

Namizədə tələblər

Təhsil: Ali (Hüquq)

• Şirkətin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
• Şöbənin fəaliyyətinə rəhbərlik etmək.
• Şirkətin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək. Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət.
• Şirkətin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkili.
• Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
• Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək.
• Şirkətin struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlər və məsləhətlər vermək, habelə şirkətin fəaliyyətinə aid olan normativ aktlar ilə, qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə şirkətin işçilərini tanış etmək .
• Şirkətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.
• Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirmək.
• Şirkətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy vermək.
• Şirkətin rəhbərliyinin təsdiqinə təqdim olunan əmr, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlamaq.
• Təqdim edilən sənədin qanunvericiliyə zidd olan hissəsi üzrə hüquqi rəy vermək, həmin sənəd lahiyənin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə tövsiyyələr vermək və düzəlişlərin aparılması üçün aidiyyəti üzrə təqdim etmək
• Şöbəyə qaytarılmış layihənin, Şöbənin rəyinə əsasən qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasına nəzarət etmək
• Qanunvericiliyin tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğvi barədə departament və şöbələrin rəhbərlərinə və ya mütəxəssislərə hüquqi rəy vermək;
• Müqavilələr üzrə öhdəliklərin pozulmasına görə Şirkət tərəfindən ödənilmiş cərimələr haqqında məlumatları təhlil etmək və icrası prossesinə dəyişikliklərin edilməsinə dair tədbirlər görüb, onlara nəzarət etmək.

Tələblər:

• Müvafiq sahə üzrə iş təcrübənin olması;
• Yaş həddi: 25-35;
• Kompüter biliyi: MS Office;
• Azərbaycan dili yüksək, İngilis və Rus dilləri yaxşı səviyyədə olmalı;

Şəxsi bacarıqları:

• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma
• Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə
• Komandada işləmə bacarığı
• Müqavilələrlə işləmə təcrübəsi

Əlavə məlumatlar:

• Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən ediləcəkdir;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Hüquqi təminat şöbəsinin müdiri” sözlərini qeyd edərək hr@airgroup.az e-ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP