Keyfiyyətə Nəzarət üzrə Mühəndis
 
JOB TITLE: Keyfiyyətə Nəzarət üzrə Mühəndis
EMPLOYER: Zeta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-24 LAST UPDATED: N/A DEADLINE: 2020-01-23

VƏZİFƏ: Keyfiyyətə Nəzarət üzrə Mühəndis – Kensington

Əsas Öhdəliklər

İnzibati Öhdəliklər

 Tikinti sahələrində icra edilən işlərin keyfiyyətə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğun həyata keçirilməsində iştirak etmək
 Yerinə yetirilən işlərin və istifadə olunan materialların keyfiyyətinə nəzarət işində iştirak etmək
 İşlərin keyfiyyətinin pisləşməsi səbəblərini öyrənmək, onların aradan qaldırılması üzrə təklifləri və zəruri tədbirləri hazırlamaq
 Keyfiyyətin idarəetmə sisteminin prosedurlarının hazırlanması və tətbiq edilməsində iştirak etmək
 Keyfiyyətin idarəetmə sisteminin proseslərinə dair qeydlərin aparılmasına nəzarət etmək
 Şöbə əməkdaşlarının vaxt cədvəllərinə və şöbədə ümumi intizama nəzarət etmək
 Şöbənin fəaliyyətinə dair hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
 Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər

Tələblər:

• Müvafiq sahədə ən az 6 il iş təcrübəsi
• “İnşaat Mühəndisliyi” ixtisası üzrə ali təhsil
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarıqları
• Yüksək ünsiyyət bacarıqları (şifahi, yazılı).
• Fərdi və komanda şəklində işləmək bacarığı
• Mükəmməl kompüter bacarıqları: MS Office, Autocad

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyətə Nəzarət üzrə Mühəndis” qeyd edərək CV-nizi cv.zeta@az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP