Kassir
 
JOB TITLE: Kassir
EMPLOYER: Bizim Market DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-24 LAST UPDATED: 2019-12-25 DEADLINE: 2020-01-23



Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Kassir 

Namizədə olan tələblər

• Yaş 18-30
• Dürüstlük, dəqiqlik və məsuliyyətlilik
• Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
• Normal riyazi biliklər
• Ayna Sultanova, Yasamal və Əhmədli ətrafı ərazilərdədir yaşayan namizədlər arzuolunandır.

Vəzifə üzrə tələblər

• Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək
• Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək
• Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək

İş şəraiti

• 6 günlük növbəli iş qrafiki
• Nahar verilir
• Əmək haqqı 350 manat (net)
• Ərazi: Ayna Sultanova, Əhmədli və Yasamal mağazaları

Vakansiyaya müraciət üçün CV-ləri “Kassir” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP