Kiçik Mühasib
 
JOB TITLE: Kiçik Mühasib
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-24 LAST UPDATED: N/A DEADLINE: 2020-01-23

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Kiçik Mühasib

Vəzifə öhdəlikləri:

• İcraya qəbul olunmuş əməliyyatların (xərclərin) sənədləşməsinin uyğunluğuna nəzarət etmək;
• Xərc sənədlərinin 1C proqram təminatına daxil edilməsi;
• İcarə haqqlarının uçotunun aparılması;
• Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

• Ali təhsil (İqtisadi sahədə təhsil arzuolunandır);
• Mühasibatlıq üzrə ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst, rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
• MS Office və Excel proqramını orta səviyyədə bilməli;
• Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kiçik Mühasib” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP