Sistem Administratorluğu - Müəllim
 
JOB TITLE: Sistem Administratorluğu - Müəllim
EMPLOYER: Code Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-25 LAST UPDATED: 2019-12-28 DEADLINE: 2020-01-24



Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır.

Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir.

Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Code Academy-də Sistem Administratorluğu bölməsi peşəkarlar və müəllimləri Sistem Administratorluğu proqramları üçün müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Biz peşəkar və böyüyən mühitdə bizimlə əməkdaşlıq etmək istəyən dinamik, enerjili və
təşəbbüskar müəllimlər axtarırıq. Əmək haqqı namizədin göstəricilərinə bağlıdır və işə götürüləcək müəllimin yeni başlayan tələbələri öyrətməsi gözlənilir.

Sistem Administratorluğu - Müəllim

Dərslər həftəsonu 2 gün, 15:30-20:15 aralığında keçiriləcək.

İşin təsviri və öhdəliklər:

• Tələbələrə aşağıdakı proqramlar üzrə bilikləri aşılamaq:

o Fundamentals of a Windows Server® Infrastructure
o Installing and Configuring Windows 10
o Installation, Storage, and Compute with Windows Server 2016
o Networking with Windows Server 2016
o Identity with Windows Server 2016
o Securing Windows Server 2016

• Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:

o Interconnecting Cisco Networking Devices (CCNA: Routing & Switching)
o Linux System Administration (LFCS)

• Code Academy və Microsoft kurrikulumunun tələb və qaydalarına əsasən dərs proqramını hazırlamaq və inkişaf etdirmək
• Dərs və lab saatlarında vaxtında iştirak etmək və tədris proqramına əsasən işləmək

• Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək
• Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsi
• Code Academy dəyərlərinə əsasən xidmət göstərmək

Tələb olunan bilik və təcrübə:

• 3-5 il Sistem Administratorluğu sahəsində iş təcrübəsinin olması;
• Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
• Müəllimliyi və ya öyrətməyi sevməsi və özünü bu sahədə daim inkişaf etdirməsi.

• Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:

o Microsoft Certified Professional olması arzuolunandır;
o Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına öz rezümelərini və onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsini) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf
yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP