Aşbaz köməkçisi
 
JOB TITLE: Aşbaz köməkçisi
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-25 LAST UPDATED: N/A DEADLINE: 2020-01-24

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Aşbaz köməkçisi

İstehsalat müəssisənin yeməkxanasına aşbaz köməkçisi tələb olunur.

Öhdəliklər:

• Gündəlik yeməklərin hazırlanmasında köməklik etmək və yeməklərin tədarükünü öncədən hazırlamaq;
• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
• Yeməklərin çəkilməsi və işçilərə verilməsi;
• Müxtəlif növ salatların hazırlanmasını bacarmalı;
• Komandanın bir üzvü kimi çalışmaq və lazım olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.

Tələblər:

• Cinsi- qadın;
• Yaş həddi: 27-45;
• Aşbaz köməkçisi kimi 3 il iş təcrübəsi;
• Məsuliyyətlilik, səliqəlilik.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=145 və ya hr@metak.az ünvanına CV göndərərək, 25.01.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP