
Sənədlərə nəzarət üzrə mütəxəssis
Bacarıqlar:
- Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək; - Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması; - Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək; - Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi; - Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili; - Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq; - Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Tələblər:
- Ali təhsil - İş təcrübəsi 0-1 il - Azərbaycan dili əla və İngilis dili en azı orta səviyyədə bilməli; - Microsoft Office proqramlarını əla səviyyədə bilməli; - yaş həddi 21-30; - Əmək haqqı 500-700 azn;
Nahar şirkət tərəfindən verilir. İş rejimi: həftədə 5 gün, 09.00 – 18.00 Ünvan: Bakı şəh., Xətai rayonu, Natiq Əliyev küç., 38A
Şirkət: CMS Properties MMC əlaqəli şəxs: n.veliyeva@caspmarine.com
|